Zaqatalada yanğın qeydə alınıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, rayonun Aşağı Tala kəndində "Opel" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.