Dünən axşam Venesiya Kino Festivalında bütün qonaqların diqqəti aktyor Bredli Kuperlə model sevgilisi İrina Şeykə yönəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, film festivalında Bredli Kuperin rejissoru olduğu və baş rolda çəkildiyi "Ulduz doğuldu" (A Star Is Born) debüt işini təqdim edib.
Qırmızı xalçada Bredli Kuperi filmdə tərəf müqabili olan Ledi Qaqa müşayiət edib. Filmin süjeti kantri-musiqiçi Ceksonla müğənni Elli münasibətlərinin hekəyəsindən danışır.
32 yaşlı sevgilisi İrina Şeyk aktyoru tək qoymayıb. O, təqdimata modelyer Donatella Versaçe ilə birlikdə gəlib. Qızılı libası ilə qırmızı xalçada par-par yanan ulduz bütün diqqətləri üzərinə çəkib.