Efiopiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.

Ölkənin Müdafiə Nazirliyinə məxsus helikopter Şərqi Şevada qəzaya uğrayıb.

Helikopterin bortundakı 18 nəfərin 15-i hərbçi, 3-ü mülki şəxs olub. Qəza nəticəsində bütün heyət həlak olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.