İngilis müğənnisi Ed Şiran 3 ildir bir yerdə olduğu sevgilisi ilə evlənib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, cütlüyün toy mərasimi gizli şəkildə baş tutub. Bir neçə gün əvvəl iştirak etdiyi tədbirdən sonra müsahibə verən Şiran 3 ildir birlikdə olduğu sevgilisi Şerri Sibornla nə vaxt evlənəcəyi barədə suala maraqlı cavab verib.

Suala cavab olaraq Ed barmağındakı üzüyü göstərib. Jurnalistlər Edi təbrik ediblər.

Müğənni Şerri ilə məktəb illərindən tanışdır. 3 il əvvəl görüşməyə başlayan cütlük yanvar ayında nişanlanmışdı.

Milli.Az