ABŞ-ın Suriyanın İdlib şəhərinə hücum etməsi ehtimalı
gündəmə gəldiyi vaxt Kiprin yunan hissəsindəki İngiltərəyə məxsus
hərbi bazalar hərəkətə keçib.
Publika.az xəbər verir ki, daha əvvəl Suriyada həyata
keçirilən hava əməliyyatları zamanı istifadə edilən “Ağrotur”
bazasından qalxan döyüş təyyarələri Yaxın Şərqə doğru uçmağa
başlayıb.
Gün ərzində 14 təyyarənin İdlibin də daxil olduğu bölgədə uçduğu
qeydə alınıb. Təyyarələr bölgədə 4-5 saat uçandan sonra yenidən
bazaya qayıdır.
Ehtimallara görə, ingilislər də İdlibə hücum edə bilərlər.
Asif