İraqın qərbində Anbar əyalətində partlayış olub. Partlayışda azı 21 nəfər ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb. Terror Əl-Qaim şəhərində, Suriya sərhədi yaxınlığındakı nəzarət-keçid məntəqəsində baş verib.

Partlayıcı yüklənən avtomobil İraq hərbçilərinin yaxınlığında işə düşüb.

Ölkə ərazisində fəaliyyət göstərən heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az