Avropa İttifaqı ABŞ-ın Avropa mənşəli məhsullara gömrük vergiləri tətbiq etməsi təqdirində bu addıma sürətli şəkildə cavab verəcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Daniel Rozario keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qısa müddət öncə Avropa İttifaqı ölkələrindən idxal ediləm avtomobillərə 25% əlavə gömrük vergisi tətbiq ediləcəyini elan etmişdi.

Öncəki ay isə Avropa Komissiyasının prezidenti Jan Klod Yanker və Donald Tramp iqtisadi münasibətləri müzakirə etmək üçün Ağ Evdə görüşmüşdü.

Zümrüd