Öz gözəlliyi ilə gündəmdən düşməyən gənc modellərdən biri də Qreys Elizabetdir.
Publika.az xəbər verir ki, o, gözəllik sirrini
oxuyucularla bölüşüb. Dünyaca məşhur jurnalların üz qabığını
bəzəyən model E.Qreys təkcə ideal bədən quruluşu ilə deyil,
qüsursuz və parlaq dərisi ilə də diqqət çəkir.
"Victoria's Secret"in 21 yaşlı modeli gözəllik sirrini belə izah
edib:
"İş rejimim çox ağır olduğundan yuxusuz qaldığım gecələrin sayı həddən çoxdur. Lakin bütün bunlara baxmayaraq, hər səhər bir neçə damcı avokado yağı ilə üz və boynumu yüngül hərəkətlərlə masaj edirəm. Gözlərimdə şişkinlik olmasın deyə gecə kremlərindən istifadə edirəm. Bədənimin ideal formada olmasında isə yoqa və boksla məşğul olmağımın əvəzsiz rolu var. Əhvalım pozulanda yüksək səslə musiqilərə qulaq asıram. Stress atmaq üçün isə əlbəttə ki, hamı kimi rəqs edirəm".
Könül