2018/2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə
qəbul olan tələbələrdən ən gəncinin 15, ən yaşlısının isə 55 yaşı
var.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin
rəhbəri Xanlar Xanlarzadə məlumat verib.
Onun sözlərinə görə, 22 dekabr 2003-cü il təvəllüdlü Zöhrə
Qurbanova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 14 aprel
1963-cü il təvəllüdlü Atakişi Ağayev isə Bakıİslam İnstitutunun
Dinşunaslıq fakültəsinə qəbul olub.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 44772
abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil
müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında,
27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
(azvision.az)