Berlində keçirilən Avropa Yüngül Atletika çempionatında Almaniyanı təmsil edən qadın idmançılar böyük uğura imza atıblar.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, çempionatda qızıl, gümüş və bürünc medala yiyələnən alman qadınlar olub. Avropanın ən yaxşı futbolçuları milyonlarla avro qazandığı halda, qadın atletlərin maaşı çox azdır. Bəzi idmançılar ayda 1000 avroya dolanmaq məcburiyyətində qalıb. Medal qazanan alman qadın idmançıların aylıq qazancını təqdim edirik.

Malayka Mihambo

Malaykanın 24 yaşı var. Uzuna tullanmada qızıl medal qazanıb. Siyasi və iqtisadi elmlər üzrə tələbədir. Aylıq qazancı 1000 avrodur.

Pamela Dutkiyeviç

Pamelanın 26 yaşı var. Gümüş medal sahibidir və universitet tələbəsidir. Aylıq qazancı 2 min 300 avrodur

Kristin Hussonq

24 yaşı var. Avropa çempionudur və idman akademiyasının tələbəsidir. Aylıq qazancı 1.200 avrodur.

Mari Laurens

Marinin 27 yaşı var. Hündürlüyə tullanmada Avropa üçüncüsüdür. Universitet tələbəsi olan Marinin aylıq qazancı 3.600 avrodur.

Cina Lukenkemper

Cinanın 21 yaşı var. 100 metrdə Avropa ikincisidir. İqtisadi psixologiya üzrə təhsil alır. İllik qazancı 80 min avrodur.

Gesa Kraus

26 yaşı var. 3 min metrlik məsafədə Avropa çempionudur. Həm universitet tələbəsidir, həm də əskərdir. Aylıq qazancı 4.200 avrodur.

Milli.Az