ABŞ Arlinqton şəhərində (Texas ştatı) qatar tullantı daşıyan yük maşını ilə toqquşub.
Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində yük maşınında olan iki nəfər həlak olub, qatarın 11 sərnişini isə xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 2-ni nvəziyyəti ağırdır. Toqquşmanın səbəbi araşdırılır.
Milli.Az