Avstraliyanın xarici işlər naziri xanım Culiya Bişop istefa verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, bu haqda tvitter hesabında bildirib.
“Bu gün baş naziri xəbərdar etdim ki, Nazirlər Kabinetində xarici işlər naziri postunu tərk edirəm”, - o qeyd edib.
Culiya Bişop istefasının səbəblərinə aydınlıq gətirməyib.