Dağıstandakı Mahaçqala-Qızılyar-Qoçubəy yolunda dəhşətli qəza baş verib.

Publika.az xəbər verir ki, içərisində sərnişinlər olan avtobus "Vesta Lada" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 4 nəfər hadisə yerində həyatını itirib. Bir nəfərin ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilidiyi bildirilib.

İlkin məlumatlara görə, qəzaya səbəb minik avatomobilinin sürücüsünün idarəetməni itirməsi olub. Hadisə yerinə gələn polis əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

Faktla bağlı cinayət işi açılıb.

Könül