ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə M.Pompeo Dövlət Departamentində KXDR üzrə yeni xüsusi nümayəndə Stiven Bigeni təqdim edərkən jurnalistlərə bildirib.

M.Pompeo hesab edir ki, Dövlət Departamenti KXDR-ya qarşı təzyiq kampaniyasının həyata keçirilməsi və dəstəklənməsi üzrə yaxşı işlər görüb.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo aprel, may və iyul aylarında Pxenyana səfər edib.

Milli.Az