Rusiya barəsində yeni sanksiyalar üzrə qanun layihəsi banklara toxunacaq.

Publika.az “Blomberg” agentliyinə istinadən xəbər verir ki, bu haqda Amerika senatoru Kris Van Xollen bildirib.

Daha əvvəl ABŞ-ın dövlət katibinin köməkçisi Eşli Ford bildirib ki, ABŞ 2018-ci ildə Konqresə keçiriləcək seçkilərə müdaxilə üçün Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırdır.