ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar noyabrda keçirilən aralıq seçkilərində Konqresdə əksəriyyəti əldə edərlərsə və onun impiçmenti proseduruna başlayarlarsa, maliyyə bazarları çökəcək.
Publika.az xəbər verir ki, Tramp belə xəbərdarlıqla “Fox News” telekanalına müsahibəsində çıxış edib.
“Başa düşmürəm ki, öz işinin öhdəsindən gələn bir prezidentə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq", - o deyib.