Ölkəsini şöhrətləndirən oğlan
Bakı, 22 aprel, AZƏRTAC
Gənc Azərbaycan violonçelçalanı Camal Əliyev artıq ikinci ildir ki, Londondakı Kral kollecində oxuyur və yüz faiz təqaüd alır. Oxuduğu bir il yarım ərzində artıq İngiltərədə keçirilmiş bir neçə beynəlxalq müsabiqələrin qalibi olub.
Camal özü AZƏRTAC-ın müxbirinə bildirib ki, onun konsert qrafiki bir il qabaqdan hazırlanıb. Gənc virtuozların iyulda Fransada keçiriləcək məşhur “Young Virtuosi Festival” beynəlxalq festivalı Camalı fəxri qonaq kimi dəvət edib. Orada o, Fransanın müxtəlif salonlarında bir neçə konsert verəcək. Gənc musiqiçinin şəxsi saytında bu barədə ətraflı məlumat almaq mümkündür: http://www.jamalaliyev.com.
AZƏRTAC bu istedadlı musiqiçi barədə artıq bir neçə dəfə məlumat verib. 2005-ci ildə Camalı dinləyən Mstislav Rostropoviç deyib: “Sənə qədər əmin idim ki, məndən yaxşı violonçelçalan yoxdur və yəqin ki, olmayacaq, amma indi fikrə getdim...”. Böyük maestronun bu sözləri nəyə desən dəyər.
Belə gənc yaşda uğur qazanmaq asan deyil. Çoxillik gərgin əmək, nəhayətsiz məşqlər, bir də ki, ailə ənənələri: Camal Əliyev musiqiçilər ailəsində dünyaya göz açıb. 6 yaşından violonçel çalmağa başlayıb. İlk müəllimi babası – Azərbaycan Respublikasının Əməkdar Artisti Qara Əliyev olub. Camal imtahanları “əla” qiymətlə verərək Türkiyənin Bilkent Universitetinin musiqi fakültəsinə daxil olub. İlk günlərdən gəncin qeyri-adi qabiliyyəti özünü biruzə verib və bu, onun tez-tez konsertlərlə çıxış etməsinə yol açıb.
Camal ilk mükafatını 9 yaşında ikən violonçelistlərin “Trakya University” beynəlxalq gənclər müsabiqəsində qazanıb. 2004-cü ildə Zaqrebdə Antonio Yaniqro adına 5-ci beynəlxalq müsabiqənin qalibi olub və məşhur “Assembly Hall” zalında konsert vermək hüququ qazanıb.
Müsabiqədən sonra o, Türkiyənin Prezident simfonik orkestrinin, Bilkent simfonik orkestrinin, “Borusan” beynəlxalq kamera orkestrinin müşayiəti ilə çox sayda konsertlərlə çıxış edib.
2005-ci ildə o, Türkiyə Böyük Millət Məclisinin fəxri qonağı adını qazanıb.
2007-ci ildə Camal Moskvada P.İ.Çaykovski adına beynəlxalq müsabiqə zamanı konsertdə iştirak edib. Konsertdən sonra müsabiqənin münsiflər heyətinin sədri, tanınmış violonçelçalan Natalya Şaxovskaya Camalı Moskva Konservatoriyasında öz sinfində təhsil almağa dəvət edib. Lakin 2008-ci ildə Camal Londondakı İequdi Menuxin adına məktəbə imtahansız qəbul olunub. Məktəb son 14 ildə ilk dəfə olaraq musiqiçinin təhsil haqqını tam ödəyib. Camal bu məktəbdə professor Tomas Karolun sinfində təhsilini böyük uğurla başa çatdırıb. Təhsil aldığı illərdə onun daim Londonun ən nüfuzlu zallarında – “The Menuhin Hall”, “Royal Festival Hall”, “St John's”, “Smith Square”, “Wigmore Hall” zallarında konsertləri olub.
Camal Fransada və İsveçrədə keçirilmiş beynəlxalq festivallarda Menuxin adına məktəbin kamera orkestrinin müşayiəti ilə bir neçə solo konsert verib. Məktəbin prezidenti Daniel Baronboym Camal haqqında deyib ki, bu oğlan mütləq öz ölkəsinə şöhrət gətirəcək. 2012-ci ildə Camalın Çində “Beijing senfoni orchestra в Forbidden City Hall” zalında solo konserti olub. Həmin il o, Azərbaycan tarixində ilk dəfə olaraq BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib.
Musiqi Camalın genində var. Əliyevlər ailəsinin musiqi ənənələri Camalın ulu babasından – tar ifa məktəbinin banilərindən biri olan Həmzə Əliyevdən qaynaqlanır. Şuşada bu sənətkarın adına küçə var. Fikrət Əmirov, Qəmbər Hüseynli, Süleyman Ələsgərov Həmzə Əliyevin şagirdləri olublar. Camalın babasının qardaşı məşhur skripkaçı, Azərbaycanın Xalq Artisti, professor Azad Əliyevdir.
Səylər boşa çıxmır, zəhmətlə uğur yanaşı olur. Londondakı İequdi Menuxin adına musiqi məktəbini bitirdikdən sonra Camal buradakı Kral kollecinə daxil olub.
2015-ci il aprelin 18-də o, bütün dünyada məşhur “Bromsgrove International Competition” beynəlxalq müsabiqəsinin qalibi olub. İlkin dinləmələrdən sonra birinci tura 80 nəfər, ikinci tura 14 nəfər, üçüncü tura isə cəmi 4 musiqiçi çıxıb. Bu müsabiqə xüsusən ona görə çətin olub ki, müsabiqədə bütün musiqi alətlərinin ifaçıları və hətta vokalçılar iştirak ediblər.
Camalın hər çıxışından sonra zalda əyləşənlər onu ayaq üstdə alqışlayıblar....
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18