Ukrayna Beynəlxalq Valyuta Fondundan (IMF) əlavə 10 mlrd. ABŞ dolları məbləğində yardım istəyəcək. 

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. 

Məlumatda deyilir ki, gələn ay IMF-nin missiyası Kiyevə səfər edəcək və tərəflər Ukraynaya növbəti yardım proqram barədə müzakirələr aparacaq. Bununla bağlı qərarın 2019-ci ili mart ayından, yəni hazırda qüvvədə olan yardım proqramının icrası başa çatdıqdan sonra qəbul ediləcəyi gözlənilir. 

Xatırladaq ki, indiki proqram çərçivəsində Ukrayna IMF-dən 8,7 mlrd. dollar yardım alıb. 

Milli.Az