Rusiyanın “Uralvaqonzavod” korporasiyası 152 millimetr kalibrli topuyla “Armata” platformasında yeni ağır tankı yaratmağa hazırdır.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda korporasiyanın mətbuat xidmətindən bildirilib.
Korporasiyanın nümayəndəsinin sözlərinə görə, işlərin başlanması üçün sifarişçi tərəfindən təsdiqetmə lazımdır.