ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırdır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidentinin özü "Röyters" agentliyinə müsahibəsində bildirib.

"Əgər Ruhani mənlə görüşmək istəyirsə, o zaman "yaxşı", yox əgər iran lideri dialoqa getmək fikrində deyilsə, o zaman "heç bir işə ehtiyac yoxdur", - Tramp İran lideri ilə görüşməyə hazır olduğunu növbəti dəfə dilə gətirib. b.

ABŞ prezidenti rəsmi danışıqların aparılması üçün Vaşinqtondan Tehrana heç bir müraciətin olmadığını əlavə edib.