Vaşinqtonla Moskvanın bir neçə məsələ üzrə əməkdaşlığı halında, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvinə baxmağa hazırdır.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

O dəqiqləşdirib ki, Rusiya Suriya və Ukrayna üzrə ABŞ-la birgə iş üçün addımlara təşəbbüs edəcəyi halda, bu məsələyə baxmağa hazırdır. Tramp qeyd edib ki, sanksiyalar məsələsi Rusiya prezidenti Vladimir Putinlə iyulun 16-da Helsinkidə keçirilən görüş zamanı qaldırılmamışdı.

"Əgər onlar bizim xeyrimizə olan nəsə etsələr, mən bu məsələyə baxacağam. Amma bunsuz, mən bu məsələyə baxmağa hazırlaşmıram", - o vurğulayıb.

Tramp bildirib ki, Putinlə Krım, Ukraynadakı vəziyyət, İsrailin təhlükəsizliyi və "Şimal axını-2" qaz kəmərini müzakirə edib.

Xatırladaq ki, avqustun 14-də ABŞ Konqresi anti-Rusiya sanksiyaları haqqında yeni qanun layihəsini dərc edib.