Rusiya müğənnisi Valeri Meladze Gürcüstan vətəndaşlığını almaq üçün bu ölkənin Ədliyyə Nazirliyinə müraciət edib.

Publika.az xəbər verir ki, bu haqda “Georgian News Agency” bildirib.

Agentliyin məlumatına görə, müğənni 18-19 avqust tarixlərində Batumidə gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidzenin 80 illik yubileyinə həsr edilmiş konsertlərdə çıxış edirdi.

Valeri Meladze Batumidə 1965-ci ildə doğulub.