[ 22 Aprel 2015 19:06 ]



Bakı. Mәlahәt Nәcәfova - APA. "İsraillә Azәrbaycan arasında münasibәtlәr möhkәm әmәkdaşlıq vә qarşılıqlı hörmәt әsasında qurulub".

 

APA-nın mәlumatına görә, bunu İsrailin Azәrbaycandakı sәfiri Rafael Harpaz deyib.

 

Onun sözlәrinә görә, ötәn illәrdә qarşılıqlı olaraq bir sıra yüksәk sәviyyәli sәfәrlәr tәşkil edilib, bir çox sәnәdlәr müzakirә edilib: "Bizim siyasi, iqtisadi, enerji sahәsindә çox böyük әmәkdaşlığımız var. Azәrbaycanda böyük yәhudi icması yaşayır. Bizim Azәrbaycanda çoxlu dostlarımız var".

 

Sәfir iki ölkәnin tәhsil sahәsindә dә әmәkdaşlıqda maraqlı olduğunu deyib: "Biz azәrbaycanlı tәlәbәlәrin İsraildә tәhsil almasını istәyirik. Bu sahәdә işlәyirik. İsrail universitetlәri Azәrbaycanla әmәkdaşlıq etmәkdә maraqlıdır".

 

Diplomat bildirib ki, iki ölkə telekommunikasiya, elm, turizm, tibb vә su texnologiyaları sahәsindә әmәkdaşlığı dәrinlәşdirir. R. Harpazın sözlәrinә görә, İsrail Azәrbaycanda keçirilәcәk I Avropa Olimpiya Oyunlarına 160 nәfәrlik nümayәndә heyәti ilә qatılacaq.