Yeni ad, məzmun və məramla oxucuların görüşünə gələn “Mədəniyyət.AZ” jurnalı
Bakı, 22 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin uzun illərdən bəri fəaliyyət göstərən mətbu orqanlarından biri, indiyədək “Mədəni maarif” və “Mədəni həyat” adları ilə nəşr olunmuş jurnalı “Mədəniyyət.AZ” adı ilə oxucuların görüşünə gəlib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, jurnalın adı kimi onun görkəmi, mahiyyəti, məzmunu və məramları da dəyişib. Bütün bu illər ərzində mədəniyyət və turizm sahəsində görülən konstruktiv dəyişikliklər, aparılan islahatlar bu yenilənmənin artıq bir zərurət olduğunu ortaya qoyub.
Oxucular “Mədəniyyət.AZ”ın ilk nömrəsində Novruz büsatı, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış kəlağayımız barədə, ölkənin birinci xanımı Mehriban Əliyeva haqqında sevə-sevə yazılan esseni oxuyacaq, incəsənətimizə böyük töhfələr vermiş ölməz sənətkarları yad edəcək, Azərbaycanı dünya mədəniyyətləri arasında dialoq mərkəzinə aparan yola nəzər salacaq, istedadlı rejissorumuz Cənnət Səlimovanın quruluş verdiyi “III Riçard” tamaşası haqqında və “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının elmi mahiyyəti barədə rəylərlə tanış olacaq, Milli Elmlər Akademiyasında aparılan islahatlar, “Yarat” Müasir İncəsənət Məkanının məramları barədə məlumat alacaq, ədəbi mühitin gənc imzaları ilə görüşəcəklər.
“Mədəniyyət.AZ” jurnalının vacib istiqamətlərindən biri də bu nəşrin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısında olmasıdır. Belə ki, mədəniyyətşünaslıq sahəsində çalışan, Azərbaycan mədəniyyətinin və incəsənətinin elmi tərəflərini araşdıran məzmunlu məqalələr də jurnalın səhifələrində yer alacaq. Jurnalın birinci sayı da elmi məqalələrlə zəngindir.
Nəşrin baş redaktoru Mədəniyyət və Turizm Nazirliyi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri, əməkdar mədəniyyət işçisi Zöhrə Əliyevadır.
Qeyd edək ki, toplunun səhifələrində nazirliyin bütün strukturlarının əməyi sayəsində gerçəkləşən mühüm layihələr, həyatı və fəaliyyəti ilə hamıya örnək ola biləcək şəxsiyyətlər, sənət adamlarının xarici ölkələrdəki uğurları, təsviri sənətin və musiqimizin müasir təmayülləri, səhnə premyeraları, abidələrimiz, mədəni turizm barədə yazılar, müxtəlif təhlili məqalələr və resenziyalar dərc ediləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33