Mübariz Qurbanlı: "Azərbaycanda hər hansı bir dinə qarşı radikal yanaşmalar yoxdur"
Tədbir iştirakçıları əvvəlcə institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olub, büstü önünə əklil qoyublar.
Tədbirdə AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirib ki, bugünkü konfrans “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları” mövzusuna həsr olunu: "“Təhsil müəssisələrində uşaq və gənclərin milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması konfranslarının gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planına əsasən Azərbaycan Müəllimlər İnstitutu üzrə müvafiq konfranslar planı təsdiqlənib. Ötən müddətdə bir neçə “dəyirmi masa” keçirilib, respublika konfransının təşkili nəzərdə tutulur".
Rektor qeyd edib ki, Azərbaycan zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik bir ölkədir: "Sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmiz həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olub. Azərbaycan Respublikası dünyəvi dövlətdir və burada dini-mənəvi dəyərlərə, ayrı-ayrı millətlərin dinlərinə hörmətlə yanaşılır. Təəssüflər olsun ki, sözdə dini və milli tolerantlıqdan bəhs edən bir sıra dövlətlər və beynəlxalq təşkilatlar erməni vandalizminə heç bir münasibət bildirmirlər. Bəzi dövlətlər islamı terrorçu din obrazında təqdim etməyə çalışırlar".
Onun sözlərinə görə, tarixən Azərbaycanda heç zaman milli və dini zəmində ayrı-seçkilik baş verməyib: "Hətta Azərbaycan xalqına və bütün türk dünyasına düşmən olan ermənilərin Bakı şəhərindəki kilsəsi də tarixi abidə kimi qorunur və ehtiyac olduqda bərpa edilir. Ermənilər isə işğal etdikləri ərazilərimizdə demək olar ki, bütün abidələrimizi, o cümlədən yüzlərlə məscid və qəbiristanlığı dağıdaraq yer üzündən siliblər".
Ümummilli lider Heydər Əliyevin “İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir” sözlərini xatırladan A.Naxçıvanlı bildirib ki, Azərbaycanda dövlət tərəfindən məscidlərin, kilsələrin və sinaqoqların yenidən təmirinə və onların bərpa olunmasına həmişə xüsusi qayğı göstərilib və bu, indi də davam etdirilir: "Ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda 500-dən çox məscid tikilib, yüzlərlə məscid təmir edilib. Dini, mədəni və tarixi abidələrin bərpasına böyük dəstək verən, ulu öndərin siyasətinin, ideologiyasının layiqli davamçısı olan Prezident İlham Əliyev bir çox dini abidələrin bərpası ilə bağlı sərəncamlar imzalayıb, tapşırıqlar verib. Dövlətimizin başçısı deyib: “İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir, tolerantlıq dinidir”.
Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, Azərbaycan bir sivil dövlət kimi dünyaya nümunədir, bəzi dövlətlər dinlərə, millətlərə necə münasibət göstərməyi, multikulturalizmi, tolerantlığı ölkəmizdən öyrənməlidir: "Ölkəmizdə hər hansı bir dinə qarşı radikal yanaşmalar yoxdur və əminik ki, gələcəkdə də olmayacaq".
M.Qurbanlı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb, ölkədə qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısının alınması üçün mühüm tədbirlərin görüldüyünü, konfransların keçirildiyini diqqətə çatdırıb.
DQİDK-nın sədri mövzunun aktuallığını qeyd edərək, tələbələrin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu söyləyib. Vurğulanıb ki, bəzi dövlətlər əslində islamofobiya adı altında qorxu yaradaraq nəinki ayrı-ayrı dinləri, eyni zamanda dinlər daxilindəki cərəyan və təriqətləri üz-üzə qoymaqla bütün bəşəri sivilizasiyaları bir-birinə qarşı radikallaşdırırlar. Bəziləri hətta çox sürətlə inkişaf edən ölkəmizdə də təriqətlərarası radikallaşdırma təbliğatı aparmağa belə çalışırlar. Lakin Azərbaycan dövləti həmişə bütün dinlərə və mədəniyyətlərə qarşı tolerantlıq nümayiş etdirir, ehtimal olunan hər hansı xarici təxribatların qarşısını vaxtında alır. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquqları qorunur.
Sonra M.Qurbanlı tədbir iştirakçılarının suallarını cavablandırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05