Məşqçi deyir ki, mən hərəkətləri təmiz yerinə yetirdim.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "GymBala" bədii gimnastika üzrə beynəlxalq turnirində 2012-ci il təvəllüdlü gimnastlar arasında topla hərəkətlərdə 2-ci yeri, çoxnövçülükdə isə 3-cü yeri tutan Aygül Abbasova bildirib.
A.Abbasova deyib: "Gymbala" beynəlxalq turnirində medal qazandığıma görə çox şadam. Milli Gimnastiak Arenasında çıxış etməkdən xoşum gəlir - buranın zalı gözəldir və tamaşaçılar çox yaxşı dəstəkləyirlər".
Qeyd edək ki, avqustun 18-i Milli Gimnastiak Arenasında "GymBala" bədii gimnastika üzrə beynəlxalq turniri start götürüb.
Beynəlxalq turnir avqustun 19-dək davam edəcək.
Milli.Az