Müğənni Bengü ötən gün Kuruçeşmedə paparassilərin obyektivinə tuş gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, toyuna sayılı günlər qalan sənətçi bal ayına getməyəcəklərini deyib. 

İş adamı Selim Selimoğlu ile avqustun 29-da nikah masasına oturacaq müğənni hazırda toy həyəcanı yaşadığını bildirib. 

Bengü bildirib ki, oktyabrda yeni albom üçün studiyaya girəcək. Sənətçi toydan sonra tez bir zamanda hamilə qalmaq istədiyini gizlətməyib.

Milli.Az