"Qarabağ" Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununda səfərdə Belarusun BATE komandasının qonağı oldu.
Publika.az xəbər verir ki, Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq qələbə qazanmalı idi.
Lakin görüş 1:1 hesabı ilə yekunlaşıb və "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Buradakı rəqib "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi olacaq.