Avropa Parlamentinin Türkiyə Forumundan ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı Türkiyəyə dəstək verilib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, dəstək bəyanatında tətbiq edilən sanksiyaların qeyri-qanuni və Dünya Ticarət Təşkilatı qaydalarına zidd olduğu bildirilib.

Bəyanatda Türkiyə lirəsinin dəyərdən düşməsinin istehlakçılara və həyat standartlarına mənfi təsir etdiyi bildirilib.