“Bir tərəfdən, siz strateji ittifaq haqqında danışırsınız, digər tərəfdən öz partnyorunusun kürəyinə zərbə vurursunuz. Biz bunu qəbul edə bilmirik”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə qarşı hücumlarını şərh edrəkən deyib.

Türkiyə lideri qeyd edib ki, Ankara ABŞ-ın sanksiyalar vasitəsilə təzyiqinə təslim olmaq niyyətində deyil. Dövlət başçısı həmçinin sosial şəbəkələrdə müşahidə edilən “iqtisadi terrorizm”dən danışıb. Ərdoğanın sözlərinə görə, ölkə prokurorluğu belə hərəkətlərin təşəbbüskarları ilə məşğul olacaq.

Bundan başqa, prezident bildirib ki, Ankara öz maraqlarını nəzərə alaraq Moskvayla münasibətləri inkişaf etdirməyə davam edəcək.