Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın ölkəsinə qarşı maliyyə sanksiyası tətbiq etməsi haqqında sərt çıxış edib.
Publika.az xəbər verir ki, xarici ölkələrin səfirləri ilə görüşdə danışan Ərdoğan Trampı haqsızlıqda və vəzifəsindən sui-istifadədə günahlandırıb.
“İstədiyin qədər prezident ol. “Mən etdim, oldu” deyə bilməzsən. Axşam yatıb, sabah durub dəmirə, polada bu qədər vergi qoydum deyə bilməzsən. Bir yandan strateji düşünəcəksən, digər yandan ayağına güllə sıxacaqsan. Belə bir şey qəbul edilə bilərmi? Yaşadıqlarımızın böhranla əlaqəsi yoxdur. Bambaşqa bir vəziyyətlə qarşı-qarşıyayıq. Hazırda müxtəlif planlarımız var. Biz kurs belə oldu, elə oldu deməklə batmışıq deyə bir şey yoxdur” -, Ərdoğan deyib.
Zümrüd