O. Kuznetsov bildirib ki, həmin şəxslərin çoxu keçmiş Sovet İttifaqı vətəndaşı olmayan şəxslərdir: “Onlar SSRİ-yə Suriya, Livan, bəziləri də İordaniyadan gəlmiş silahlılardır. Aralarında Fransa və ABŞ-dan gələn erməni muzdluları da olub. Cənubi Qafqazda hadisələr törədən erməni qüvvələrinin 5-6 mini SSRİ vətəndaşı olmayıb. Ona görə də biz Dağlıq Qarabağ münaqişəsinə Sovet İttifaqı daxilində etnik zəmində baş verən münaqişə kimi baxa bilmərik. Təxribatlar SSRİ-dən kənarda hazırlanıb. Bu hadisələrin nəticələrini aradan qaldırmaq üçün “Arsax” adlandırdıqları qondarma respublika ləğv edilməli və bütün işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına verilməlidir. Bu halda həm tarixi, həm də hüquqi ədalət bərpa olunacaq”.
Milli.Az