[ 22 Aprel 2015 14:20 ]



Bərdə. Teymur Zahidoğlu - APA. Bərdənin rayonunun Əyricə kəndində ev heyvanları canavarların hücumuna məruz qalıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Əyricə kənd sakini Tariyel Əhmədovun şəxsi təsərrüfatına basqın edən yırtıcılar 9 baş xırdabuynuzlu heyvanı tələf edib, xeyli sayda qoyunu isə yaralayıblar.

 

Hadisə yerinə gələn Bərdə Baytarlıq İdarəsinin əməkdaşları yırtıcıların hər hansı yoluxucu xəstəliklərin yayıcısı olub-olmadığını müəyyən etmək üçün yaralı və tələf olmuş heyvanlardan nümunələr götürüblər.