Rusiya Dövlət Dumasının deputatı Aleksandr Korovnikov həyatının 64-cü ilində dünyasını dəyişib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda onun üzvü olduğu “Vahid Rusiya” Partiyasının parlament fraksiyasından bildirilib.

Korovnikov sentyabrın 18-dən Dövlət Dumasının deputatı idi. O, müdafiə komitəsinə daxil idi.