Estoniya Müdafiə Qüvvələrinin Kuulsu bələdiyyəsində yerləşən hərbi poliqonunda yanğın başlanıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pıxjaskiy Xilasetmə Mərkəzindən bildirilib.
“Alışma zonasında olan döyüş sursatları işləri çətinləşdirir. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib”, - xəbərdə deyilir.