Lənkəran rayonunun Xolmilli kəndində məktəb direktorunun evindən külli miqdarda pul oğurlanıb. “Report”un xəbərinə görə, kənd məktəbinin direktoru Qasım Əliyevin evinə pəncərə şüşəsini qıraraq daxil olan naməlum şəxs və ya şəxslər 28 min ABŞ dolları oğurlayıblar. Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib.Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib
Lənkəran Şəhər Rayon Polis Şöbəsindən “Report”a fakt təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
Milli.Az