Meksika Seçki Məhkəməsi ölkə prezidenti seçkilərində Andres Manuel Lopes Obradorun qalib gəldiyini rəsmi olaraq təsdiqləyib. Milli.Az Trend-ə istinadən bildirir ki, məhkəmədə keçirilmiş iclasa əsasən, ölkədə keçirilən seçkilər etibarlı sayılır və Obrador qalib gəlib.

Sol qüvvələrdən namizəd olan Obrador 1 dekabr tarixində vəzifəsinin icrasına başlamalıdır. Xatırladaq ki, keçirilən seçkilərdə seçici fəallığı 63 faiz təşkil edib. Onlardan 53 faizi məhz Obradora səs verib.

Milli.Az