[ 22 Aprel 2015 13:05 ]



Bakı. Fuad Cəfərov – APA. Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda olan Elsevər Qəhrəmanov tutulub.

 

Onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə təqsirli bilindiyi bildirilib.