“Roma”nın əfsanəvi futbolçusu Françesko Tottinin karyerasını nə zaman bitirəcəyinə aydınlıq gəlib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, veteran futbolçu gələn il butslarını mıxdan asacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, veteran futbolçu gələn il butslarını mıxdan asacaq.
Klub rəhbərliyi 2016-cı ilin yayına qədər anlaşması olan Tottiyə yeni müqavilə təklif etməkdən imtina edib. “Canavarlar” gələn il 40 yaşı tamam olacaq kapitana karyerasını bitirdikdən sonra rəhbər vəzifədə iş təklif edəcək.
Qeyd edək ki, karyerası ərzində yalnız “Roma”da çıxış etmiş Françesko Totti 1992-ci ildən bəri bu klubun heyətində 738 oyun keçirib, 298 qola imza atıb.
Milli.Az
Milli.Az