İsrail tankları Qəzzada fələstinli döyüşçülərin postuna
hücum edib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Ordusunun
mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, fələstinlilər bir müddət əvvəl İsrail ordusuna atəş
açıblar. Tankların hücumu buna cavabdır.
Media iki fələstinlinin həlak olduğunu yazıb.
Qeyd edək ki, son zamanlar İsrail ilə Fələstinin “Həmas” hərəkatı
arasında razılaşmanın mümkünlüyü haqqında məlumatlar yayılır.
İsrail tanklarının hücumu bu məlumatlar fonunda diqqət çəkir.
Asif