İtaliyanın Bolonya şəhərində benzindaşıyan maşının partladığı anın görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, görüntülər həmin vaxt yaxınlıqda olan şahidlərdən biri tərəfindən çəkilib.

Partlayış avqustun 6-da benzindaşıyan avtomobilin digər maşınlarla toqquşması nəticəsində baş verib. Son məlumatlara görə, partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 84 nəfər xəsarət alıb.