Goranboyda oğurluq hadisəsi törədilib

Kəpəz TV (Region TV) xəbər verir ki, Goranboy rayonunda mağazadan oğurluq edilib. İsa Musayevə məxsus ticarət obyektindən 5400 manat pul oğurlanıb. Rayon polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göygöl rayon sakini Elvin Kərimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az