ABŞ-ın Türkiyəyə qarşı açdığı müharibənin əsl mahiyyəti ortaya çıxıb.
Publika.az xəbər verir ki, amerikalı rahib Endryu Bransonun həbsini bəhanə edərək Türkiyənin daxili işlər və ədliyyə nazirinə maliyyə sanskiyası tətbiq edən ABŞ-ın əsl hədəfi Türkiyə iqtisadiyyatıdır.
Mərkəzi Amerikada yerləşən “Blomberq” kanalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "çılğın layihələr” adlandırdığı nəhəng layihələri həyata keçirən şirkətlərə ABŞ tərəfindən sanskiya tətbiq olunacağını iddia edib.
Türkiyənin “Xalqbank” bankına qarşı FETÖ terror təşkilatına aid dəlilləri Nyu-Yorkda istintaq materialı kimi istifadə edən ABŞ Türkiyəyə geri addım atdırmağı bacarmayınca, bu dəfə 25 dekabr tarixində yenidən fəaliyyətə keçəcək. “Bolmerq”in iddiasına görə, Türkiyə nazirlərinə tətbiq edilən sanksiyalardan sonra sıra Ərdoğana dəstək verən sərmayə qruplarına gələcək. Türkiyədə hava limanları, körpülər və İstanbul boğazını əhatə edən layihələr üçün 200 milyard dollardan çox xarici borc alındığı bildirilən xəbərdə iqtisadiyyatın dollar qarşısında dözümsüz olduğu vuğrulanıb. İrana qarşı sanskiyaları pozan “Xalqbank”a isə milyardlarla dollar cəza kəsiləcəyi ehtimal edilir.
Zümrüd