Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi Park Cinema-nın PR meneceri Sinan Ağayevin qeyd etdiyi kimi, ölkəmizin kinomanlarına Yer kürəsinin ən məşhur qəhrəmanları haqqında səbirsizliklə gözlənilən "Qisasçılar: Altron dövrü" adlı komiks blokbasteri birinci izləmək üçün eksklüziv fürsət yaranıb.

Azərbaycanda filmin rəsmi relizindən bir gün və ABŞ-da nümayişindən bir həftə öncə - 22 aprel tarixində MARVEL-ın sevimli superqəhrəmanları: Dəmir Adam, Tor, Kapitan Amerika, Halk və digərləri Azercell | IMAX kinoteatrında olan mükəmməl IMAX 3D formatında tamaşaçılar qarşısına çıxacaq.

Disney studiyası film çoxdan gözlənildiyinə görə və biletlərin əvvəlcədən satışı zamanı yaranan təşviş ilə əlaqədar Azərbaycana bu eksklüziv fürsəti yaradıb. Marvel Studios kino aləminin İkinci dövrünü (“Tor 2”, “Birinci qisasçı: Başqa müharibə”, “Dəmir Adam 3”, “Qalaktika Mühafizəçiləri”) tamamlayan “Altron dövrü” sələfindən daha geniş əhatəli, tutqun və təmkinli olacağı gözlənilir. Filmin rejissoru Coss Uidon “Dəmir Adam” “Hörümçək-Adam” ilə birlikdə Kapitan Amerikaya qarşı çıxdığı gözlənilən "Vətəndaş müharibəsi" adlı filmə qarşı sikvelin əhəmiyyətini qeyd etdi.

İlin ən əsas filmlərdən biri 22 aprel tarixindən Park Cinema şəbəkəsinin bütün kinoteatrlarında 3D və IMAX 3D formatlarında nümayiş etdiriləcək.