Onların haqqında "qaradərili" demək çətindir. Daha doğrusu, mümkün deyil. Çünki Afrika ölkələrində yaşasalar da, albinos olduqları üçün dəriləri qara rəngdə deyil.
 
Onların dərilərinin rəngi başlarına bəla olub.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Tanzaniyadan tutmuş, Malaviyədək yerli xalqlar, qəbilələr və tayfalar albinosları "əcinnə övladları" sayırlar. Aborigenlərin inanclarına görə, albinosların bədən əzalarından müalicə üçün istifadə etmək olar.
 
Ona görə də albinosları öldürür, şaqqalayır, onların əzalarından ən müxtəlif cadugər ayinlərində istifadə edirlər.

Albinosları qorumağa çalışırlar.
 
Malavidə polisə əmr verilib ki, albinoslara hücum edən hər kəsə dərhal atəş açılsın.
Tanzaniyada albinosları qətlə yetirməkdə suçlanan şəxsi edam gözləyiir.
 
Burundidə albinoslar dövlət mühafizəsi altına alınıblar.
 
BMT-nin son hesabatına görə, Şərqi Afrika ölkələrində albinizm xəstəsi olan 15 nəfər son 6 ayda qətlə yetirilib, yaxud da yaralanıb, oğurlanıb və ya girov götürülüb.
 
Milli.Az