Bakı, 22 aprel, AZƏRTAC
Bakıda Alman-Azərbaycan Mədəniyyət Birliyi-Kapellhausda dahi alman bəstəkarı Lüdviq van Bethovenin anadan olmasının 245-ci ildönümü münasibətilə konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin, əməkdar artistlər- Sahib Paşazadə və Rəsul Abbasovun ifasında konsert proqramı təqdim olunub.
Konsertdə Bethovenin “9-cu Sonata”, “Kreutzer” və digər tanınmış əsərləri səsləndirilib.