Dünya bazarlarında ötən gündən etibarən başlayan neftin qiymətinin aşağı düşməsi prosesi bu gün də özünü göstərib.

ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində ucuzlaşma davam edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.31 dollar (0.55%) azalaraq 56.30 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar (0.23%) ucuzlaşaraq 61.94 dollar olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatları dayandırması da dünya bazarlarında neftin qiymətinin düşmə səbəblərindən biri kimi göstərilir.
Mənbə
ANS PRESS