İdman

"Qarabağ"ın rəqibinin azarkeşləri üzərində Hitlerin şəkli olan köynəklərdə - FOTO

Metbuat.az

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla"nın bir qrup azarkeşi Ukrayna Premyer Liqasının son turunda "Desna" ilə keçirilən görüşdə üzərində Adolf Hitlerin şəkli olan köynəklərlə stadiona gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, həmin azarkeşlər canlı yayımda efirdə görünüblər. Köynəklərin üzərinə "Mənim babam - Avstriyalı rəssam" yazılıb.

Qeyd edək ki, görüş "Vorskla"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Milli.Az