Millimiz Norveçə qalib gəlir - YENİLƏNİR
21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşacaq.
Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışacaq.
Qrupun digər oyunlarında İsrail Kosovonu, Almaniya isə İrlandiyanı qəbul edəcək.
Qeyd edək ki, komandamız qrupda keçirdiyi 9 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən gənclərimiz 2 görüşdə heç-heçə edib.
16 oktyabr
Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
20:15. Norveç - Azərbaycan - 0:1 (İkinci hissə)
Qol: Fəhmin Muradbəyli, 9
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)
Drammen. "Maryenlist" stadionu.
|
1. |
Almaniya |
9 |
7 |
1 |
1 |
31:7 |
22 |
|---|---|---|---|---|---|---|---|
|
2. |
Norveç |
9 |
4 |
2 |
3 |
14:12 |
14 |
|
3. |
İrlandiya |
9 |
4 |
2 |
3 |
12:13 |
14 |
|
4. |
Kosovo |
9 |
3 |
3 |
3 |
9:9 |
12 |
|
5. |
İsrail |
9 |
3 |
2 |
4 |
14:18 |
11 |
|
6. |
Azərbaycan |
9 |
0 |
2 |
7 |
5:26 |
2 |
Milli.Az