İdman
"Borussiya Dortmund" gənc oyunçu ilə
Almaniyanın “Borussiya Dortmund" klubu oyunçusu Ceydon Sanço ilə yeni müqavilə imzalayıb.
Metbuat.az xəbər verir ki, klub 18 yaşlı futbolçu ilə razılaşmasını 2022-ci ilə qədər uzadıb.
Qeyd edək ki, ötən il “Mançester Siti”dən transfer olunan ingilis yarımmüdafiəçi cari mövsüm Bundesliqada meydana çıxdığı 6 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə verib.